Modern.az

Liderlərin görüş tarixi MƏLUM OLDU

Liderlərin görüş tarixi MƏLUM OLDU

9 Dekabr 2022, 17:18

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri arasında görüş keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Blomberg nəşri məlumat yayıb.

 

Bildirilib ki, prezidentlər Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev və Sərdar Berdiməhəmmədov arasında üçtərəfli görüş dekabrın 14-də Xəzərin sahilində yerləşən Avaza kurortunda baş tutacaq.

 

Danışıqlar zamanı Türkmənistan qazının Xəzər dənizi vasitəsilə tankerlərlə Azərbaycana, oradan isə boru kəməri ilə Türkiyəyə və Avropaya nəqlinin mümkünlüyü müzakirə olunacaq.

 

Məlumatda Türkiyənin strateji mövqeyindən istifadə edərək Avropaya əsas qaz tranzit marşrutuna çevrilmək istəydiyi qeyd olunub. Bunun üçün Türkiyə Trans-Anadolu qaz kəmərinin (TANAP) ötürmə qabiliyyətini iki dəfə artıraraq 32 milyard kubmetrə çatdırmağı planlaşdırır.

 

Blomberg xatırladıb ki, Azərbaycan da Avropaya qaz ixrac edir. Lakin Türkmənistanın böyük resursları əsasən istifadə olunmamış qalır.

 

Qeyd edilib ki, Türkmənistanın qaz ehtiyatları 13,6 trilyon kubmetr təşkil edir. Bu, Rusiya ehtiyatlarının təxminən üçdə biri qədərdir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!