Modern.az

Türkmənistan prezidenti ölkəsinin 1 nömrəli müttəfiqini açıqladı

Türkmənistan prezidenti ölkəsinin 1 nömrəli müttəfiqini açıqladı

Dünya

10 Dekabr 2022, 10:53

Türkmənistan prezidenti Sardar Berdımuhammedov Moskvanı Aşqabadın əsas müttəfiqi adlandırıb.

Modern.az xəbər verir ki, bu barədə “Neytral Turkmenistan” qəzeti məlumat yayıb.

Berdımuhammedov deyib ki, Rusiya ilə münasibətlər strateji xarakter daşıyır.

Türkmənistan prezidenti ABŞ-ı xarici siyasət müttəfiqləri siyahısında ikinci yerə qoyub. Onun sözlərinə görə, Rusiya ilə ikitərəfli münasibətlərin bütün sahələrində tərəfdaşlıq qurmaq mümkün olub.

“Dövlətimiz neytral statusunu rəhbər tutaraq ABŞ-la bərabərhüquqlu münasibətlər saxlayır. Müstəqillik illərində Amerikanın iri şirkətləri ilə səmərəli iqtisadi əməkdaşlıq qurulub”, - deyə Prezident vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır