Modern.az

Rusiya sülhməramlıları Laçın yolu ilə bağlı danışıqlar aparır

Rusiya sülhməramlıları Laçın yolu ilə bağlı danışıqlar aparır

Dünya

13 Dekabr 2022, 21:26

Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan nümayəndələri ilə danışıqlar aparır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

 

Danışıqların Laçın dəhlizində mülki avtomobillərin hərəkətini bərpa etmək məqsədilə aparıldığı bildirilib.

 

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri etiraz aksiyası keçirir.

 

Bu gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizdə akkreditə olmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün keçirilən brifinqdə bildirib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ