Modern.az

İran dronlarının heç biri hədəfinə çatmayıb - Podolyak

İran dronlarının heç biri hədəfinə çatmayıb - Podolyak

Dünya

14 Dekabr 2022, 15:06

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya tərəfindən İran dronları ilə Kiyev və digər şəhərlərə zərbələr endirilməsi ilə bağlı yeni məlumatlar açıqlayıb.

 

Modern.az xəbər verir ki, Podolyak bu barədə tviter səhifəsində yazıb.

 

"13 İran dronundan heç biri hədəfə çata bilməyib. Hamısı havada məhv edilib. Bu, "müdafiəçilərin nə qədər güclü olmasını" və "müttəfiqlərinin dəstəyinin nəticəsini" göstərir. Ukraynanın hava hücumundan müdafiə sistemləri həyatları xilas edir", - deyə müşavir qeyd edib.

 

Xatırladaq ki, bu gün, səhər saatlarında Rusiya ordusu pilotsuz uçuş aparatları vasitəsilə Ukrayna şəhərlərinə hücum etmişdi. 24 fevralda başlayan müharibə davam etməkdədir.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi