Modern.az

Saakaşvili aclıq aksiyasını dayandırdı

Saakaşvili aclıq aksiyasını dayandırdı

14 Dekabr 2022, 21:32

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bir neçə saat əvvəl elan etdiyi aclıq aksiyasını dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun özü vəkilləri vasitəsilə məlumat verib.

 

Rəsmi səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham olunan sabiq prezident aclığı dayandırmasının səbəblərini də açıqlayıb.

 

“Aclıq aksiyamı dayandırmağımın səbəblərindən biri, mənim sağlamlığıma qəsdən zərər vurduğumu tənqid edənlərə əsas verməməyimdir. İkinci və əsas səbəb odur ki, avropalı parlamentarilər məni qəti şəkildə aclıq aksiyasından əl çəkməyə çağırdılar və minimum hüquqlarımı qorumaq üçün daimi monitorinq aparmağa söz verdilər”, - Mixail Saakaşvili bildirib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər