Modern.az

İran BMT-nin Qadınlar təşkilatından ÇIXARILDI

İran BMT-nin Qadınlar təşkilatından ÇIXARILDI

15 Dekabr 2022, 09:00

İran qadın hüquqlarını pozduğuna görə BMT-nin Qadınlar Təşkilatından xaric edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatı qərar verib.

 

“İran administrasiyası qadınlara qarşı ayrı-seçkilik və qəddarlıq etdiyinə görə məsuliyyət daşımalıdır”,-deyə qərarda bildirilib.

 

BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) İranın BMT-nin Qadının Statusu üzrə Komissiyasından (CSW) dərhal çıxarılmasına dair qətnaməsinə səs verib. 54 üzvdən ibarət ECOSOC-da 29 üzv ölkə qətnamənin lehinə, 8 üzv, o cümlədən Rusiya və Çin isə əleyhinə səs verib. 16 üzv dövlət bitərəf qalıb.

 

Qeyd edək ki, 45 üzvdən ibarət BMT-nin Qadınların Vəziyyəti Komissiyası gender bərabərliyini təşviq etmək və qadınların səlahiyyətlərini genişləndirmək üçün çalışır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər