Modern.az

“Kökünü Qurutma Əməliyyatı” - 131 nəfər saxlanıldı

“Kökünü Qurutma Əməliyyatı” - 131 nəfər saxlanıldı

15 Dekabr 2022, 09:16

Türkiyədə narkotiklərlə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən "Kökünü Qurutma Əməliyyatı"nın növbəti mərhələsi gerçəkləşdirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən keçirilib.

 

Bildirilib ki, əməliyyatın yeni mərhələsi Mersin vilayəti ərazisində baş tutub. Daxili işlər naziri Süleyman Soylunun verdiyi məlumata görə, görülən işlər nəticəsində 131 şəxs saxlanılıb.

 

Narkotik vasitələrin dövriyyəsində iştirak edən daha 6 şəxsin axtarışı davam edir.

 

Nazir onu da qeyd edib ki, "Kökünü Qurutma Əməliyyatı" bundan sonra da ölkənin müxtəlif şəhərlərində keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər