Kosova Avropa İttifaqı (Aİ) Şurasına müraciət ünvanlayıb.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, müraciət ölkənin Avropa İttifaqına üzv olmaq tələbi ilə bağlıdır.
Qeyd edək ki, qismən tanınan və BMT-nin üzvü olmayan Kosova Serbiyadan ayrılıb müstəqilliyini elan edib. ABŞ, Türkiyə və bir sıra Avropa ölkələri tərəfindən tanınan Kosovanı Azərbaycan Serbiyanın ərazisi kimi qəbul edir.