Modern.az

Erməni məmur vəzifəsindən uzaqlaşdırıldı

Erməni məmur vəzifəsindən uzaqlaşdırıldı

Dünya

16 Dekabr 2022, 11:30

Ermənistanın Dilican Milli Parkının rəhbəri işdən uzaqlaşdırılıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, məmurla bağlı araşdırmalara başlanılıb.

 

Belə ki, o, 2021-ci ilin dekabrından bu ilin yanvarınadək park ərazisində 30-dan çox ağacın kəsilməsi ilə bağlı səhlənkarlıqda ittiham edilir. Bunun nəticəsində dövlətə 2 milyon dramdan çox ziyan dəydiyi hesablanıb.

 

Bildirilib ki, araşdırma dövründə məmur müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb. Hazırda təhqiqatların davam etdiyi qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ramiz Mehdiyevlə bağlı ŞOK XƏBƏR - Vəziyyəti ağırlaşdı