Modern.az

ABŞ Ukraynaya yeni HHM sistemləri göndərəcək 

ABŞ Ukraynaya yeni HHM sistemləri göndərəcək 

16 Dekabr 2022, 20:06

ABŞ Ukraynaya əlavə hava hücumundan müdafiə (HHM) sistemləri göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

 

O qeyd edib edib ki, Amerika tərəfi hücumlar davam etdiyi müddətdə Ukraynanın hava hücumundan müdafiə sistemini gücləndirməyə davam edəcək.

 

“Yeni hərbi yardım paketi olacaq. Hələlik biz bunun dəqiq nə olacağını açıqlamağa hazır deyilik, ancaq hava hücumundan müdafiə sistemlərinin əlavə tədarükünə ümid edə bilərsiniz", - Kirbi deyib.

 

Akif İsmayılov 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu