Modern.az

Zooparkdan qaçan 4 şimpanze öldürüldü

Zooparkdan qaçan 4 şimpanze öldürüldü

17 Dekabr 2022, 20:23

İsveçin şərqindəki Furuvik şəhərində yerli zoopark işçiləri qəfəsdən qaçan 4 şimpanzeni öldürüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin SVT telekanalı məlumat yayıb.

 

Zoopark işçiləri heyvanların insanlar üçün təhlükə yarada biləcəyindən ehtiyat edərək onları öldürmək məcburiyyətində qalıb.

 

“Baş verənlər faciədir. Bu vəziyyətdən son dərəcə kədərlənirik, bu, bizim tərəfimizdən yol verilən ciddi səhvdir”, - zooparkın açıqlamasında deyilir.

 

İsveç mediası hazırda zooparkda üç şimpanzenin qaldığını bildirib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama