Modern.az

Əfqanıstanda ağır qəza - 12 ölü, 37 yaralı

Əfqanıstanda ağır qəza - 12 ölü, 37 yaralı

Dünya

18 Dekabr 2022, 20:24

Əfqanıstanın paytaxtını ölkənin şimalı ilə birləşdirən tuneldə ağır qəza baş verib.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, yol qəzası nəticəsində azı 12 nəfər həlak olub.

 

Taliban sözçüsü Qari Yusuf Əhmədi bildirib ki, Kabildən təxminən 90 kilometr şimalda yerləşən Salanq tunelində baş verən qəzada 37 nəfər yaralanıb.

 

Yerli telekanallar yanacaq daşıyan yük maşınının aşaraq tuneldə alovlandığını deyiblər. Hadisə səbəbindən tunel nəqliyyat üçün bağlanıb və itkilərin sayı arta bilər.

 

Qeyd edək ki, Sovet İttifaqı tərəfindən qurulan 2,6 kilometrlik uzunluğunda tunel Kabil və Əfqanıstanın şimalını birləşdirir.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər