Modern.az

Putin Minskə çatdı - Lukaşenko onu qarşılamağa gəldi

Putin Minskə çatdı - Lukaşenko onu qarşılamağa gəldi

Dünya

19 Dekabr 2022, 16:58

Rusiya prezidenti Vladimir Putinin təyyarəsi Belarusun paytaxtına eniş edib.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun rəsmi "BELTA" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, Putini daşıyan təyyarə Minsk milli aerportuna çatıb. Belarus prezidenti Aleksandr Lukaşenko onu burada qarşılayıb.

 

Daha sonra onlar danışıqlar üçün Müstəqillik Sarayına yollanıblar.

 

Qeyd edək ki, bu, Putinin son 3 ildə Belarusa ilk səfəridir. Bu müddət ərzində iki ölkə başçısının görüşləri Rusiya ərazisində keçirilirdi.

 

 

Bu xəbər ilə bağlı
Putin Belarusa gedəcək - Lukaşenko ilə görüşəcək
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama