Modern.az

İran qonşuları ilə əməkdaşlığa hazırdır - XİN başçısı

İran qonşuları ilə əməkdaşlığa hazırdır - XİN başçısı

19 Dekabr 2022, 17:21

İran bütün qonşuları ilə əməkdaşlığa hazırdır.

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian üçüncü dəfə keçirilən Tehran Dialoq Forumunda çıxışı zamanı deyib.

“Qonşuluq siyasəti İran İslam Respublikası hökumətinin xarici siyasətinin mərkəzində dayanır”, - nazir bildirib.


O, əlavə edib ki, rəsmi Tehran regiondakı qonşuları ilə etimad yaratmaq və dostluğun əsaslarını möhkəmləndirmək üçün bütün gücündən istifadə edir.


Xarici işlər naziri bildirib ki, İran hər zaman regionda sabitlik və təhlükəsizliyin qorunmasında, terrorla mübarizədə öndə olub.


Hüseyn Əmir Abdollahian İranın regionda və Fars körfəzi bölgəsində qonşuları ilə inam yaratmağa və bütün ölçülərdə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Tehran Fars körfəzi ölkələri və digər qonşu ölkələr arasında xarici işlər və müdafiə nazirlərinin birgə iclasını keçirməyə hazırdır.

“İbrahim Rəisi administrasiyası konstruktiv və gələcəyə hesablanmış dialoq vasitəsilə regional və beynəlxalq əməkdaşlığın inkişafına daha çox diqqət ayırmağa hazırdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB