Modern.az

Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək 

Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək 

Dünya

19 Dekabr 2022, 18:57

Rusiya və Çin dekabrın 21-dən 27-dək Şərqi Çin dənizində birgə hərbi təlimlər keçirəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Dəniz əməkdaşlığı” hərbi təlimlərində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının gəmilərindən ibarət eskadrilya Vladivostokdan yola düşüb.

 

Qeyd olunub ki, təlimlərin əsas məqsədi Rusiya Federasiyası ilə Çin arasında dəniz əməkdaşlığını gücləndirmək, Asiya-Sakit okean regionunda sülh və sabitliyi qorumaqdır.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı