Modern.az

Çavuşoğlu İsveçə səsləndi: Gözəl sözlər eşitmək istəyirik

Çavuşoğlu İsveçə səsləndi: Gözəl sözlər eşitmək istəyirik

Dünya

20 Dekabr 2022, 15:50

"FETÖ-çü Bülent Keneşin Türkiyəyə qaytarılmaması pis xəbərdir".

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu İsveç və Finlandiyaya çağırış edərkən deyib.

 

"Biz artıq İsveçdən, Finlandiyadan gözəl sözlər eşitmək, konkret addımlar görmək istəyirik. Bülent Keneşin Türkiyəyə qaytarılması ilə bağlı tələbimizin rədd edilməsi pis xəbərdir. Çevrilişçilərin oradakı nümayəndələrinin Türkiyəyə qaytarılması vacibdir", - deyə Çavuşoğlu bildirib.

 

Türkiyənin xarici işlər naziri, həmçinin PKK terror təşkilatı üzvlərinin də qaytarılmalı olduğunu vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər