Modern.az

Terrorçuların hamısı məhv edildi, girovlar azad olundu

Terrorçuların hamısı məhv edildi, girovlar azad olundu

Dünya

20 Dekabr 2022, 18:28

Pakistan təhlükəsizlik qüvvələri dekabrın 18-də ölkənin terrorla mübarizə mərkəzinin binasını zəbt edən terrorçulara qarşı əməliyyat keçirib.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bina “Təhrik-e-Taliban Pakistan” terrorçuları tərəfindən ələ keçirilmişdi.

 

Əməliyyat zamanı 33 terrorçunun hamısını məhv edib. Girovlar azad olunub, onların xilas edilməsi əməliyyatı zamanı Pakistan xüsusi təyinatlılarının iki zabiti dünyasını dəyişib.

 

Agnetliyin məlumatına görə, girov götürülən şəxslərin 6-si təhlükəsizlik əməkdaşı, digərləri sıravi vətəndaşlardır.

 

Xatırladaq ki, dekabrın 18-də terrorçular Pakistanın şimal-qərbində terrorla mübarizə mərkəzini ələ keçirib. Yaraqlılar girovların azad edilməsi müqabilində Əfqanıstanla sərhəddə yerləşən Şimali Vəziristan bölgəsinə maneəsiz daxil olmağı tələb ediblər. Hakimiyyət qruplaşmanın tələblərini yerinə yetirməkdən imtina edib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər