Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) rəsmiləri ilə görüşəcək.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, görüş Aİ-Ukrayna sammitində baş tutacaq.
Bildirilib ki, Zelenski həm Avropa Komissiyasının prezidenti Ursula von der Leyen, həm də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüş keçirəcək.
Sözügedən görüşün 2023-cü ilin fevralın 3-də keçirilməsi planlaşdırılıb.
Görüşdə Rusiya-Ukrayna müharibəsinin gedişi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulub. Görüş məkanının hələ dəqiqləşdirilmədiyi qeyd olunub.