Rusiya ordusunun Xerson şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Xersonda azı 10 nəfər həlak olub, 58 nəfər yaralanıb. Yaralılardan 18-nin vəziyyəti ağırdır.
Məlumata görə, Rusiya qoşunları ticarət mərkəzini də atəşə tutub. Hücumlar zamanı 6 avtomobil yanıb.
***
Rusiya ordusu bu gün Xerson şəhərinin mərkəzinə aviazərbələr endirib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, zərbələr nəticəsində 7 nəfər həlak olub.
“Hazırda 58 yaralı barədə məlumat var, onlardan 18-nin vəziyyəti ağırdır. 7 nəfər isə ölüb”, - deyə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilla Timoşenko bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski hücumla bağlı sosial meda hesabında paylaşım edib: "Sosial şəbəkələr çox güman ki, bu fotoları “həssas məzmun” kimi qeyd edəcək. Amma bu, həssas məzmun deyil, Ukrayna və ukraynalıların real həyatıdır. Terrorçu ölkə mülki əhalini atəşə tutur. Bura Xersondur, bu səhər, Milad bayramı ərəfəsində. Bunlar hərbi obyektlər deyil. Bu, müəyyən edilmiş qaydalar əsasında aparılan müharibə deyil. Bu terrordur, qorxutmaq və zövq almaq üçün öldürməkdir".