Modern.az

Britaniya hərbi xərclərini 1 milyard artıracaq 

Britaniya hərbi xərclərini 1 milyard artıracaq 

Dünya

24 Dekabr 2022, 20:09

2023-cü ildə Böyük Britaniya müdafiə xərclərini 1 milyard funt sterlinq artmaq istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri parlamentdəki mənbəyə istinadən məlumat yayıb.

 

Qəzetin yazdığına görə, müdafiə naziri Ben Uolles hərbi xərclərin artırılmasına çağırıb, təklif ölkənin Maliyyə Nazirliyi tərəfindən dəstəklənib.

 

2023-cü ildə Böyük Britaniya Ukraynaya yüz minlərlə artilleriya sursatı verməyi planlaşdırır. Sursatlar 250 milyon funt sterlinq hərbi yardım müqaviləsi çərçivəsində tədarük ediləcək.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər