ABŞ-da güclü qar fırtınasında ölənlərin sayı 15 nəfərə çatıb.
Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, əlverişsiz hava şəraiti nəticəsində Ohayo, Kentukki, Missuri, Tennessi, Kanzas və Nyu-York ştatlarında daha çox insan ölüb.
ABŞ-da hava şəraitinə görə, 1,8 mindən çox aviareys təxirə salınıb.