“Ukraynada milyonlarla adam Milad bayramını qeyd edir. Amma bu gün xalqımız müharibə səbəbindən çətin vəziyyətdədir. Təəssüf ki, bu il bütün bayramların ən acısını yaşayırıq".
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O bildirib ki, Ukraynada Rusiyaya qarşı müharibə əslində 8 ildir davam edir:
"Ölkəmizin azadlığı üçün inanc və birlik içində mübarizəmizi davam etdirəcəyik. Gəlin, bu qışa dözək. Çünki nə üçün mübarizə apardığımızı bilirik. Bu il ölkəmiz Milad bayramını müharibənin kölgəsində qeyd edir. Amma Rusiya ordusunun hücumları nəticəsində Ukraynada enerji infrastrukturlarına ciddi ziyan dəydiyi üçün elektrik enerjisində fasilələr var. Bütün çətinliklərə baxmayaraq, gəlin, bayramı qeyd edək”.
Turan