Modern.az

Fəxri Roma Papası vəfat etdi

Fəxri Roma Papası vəfat etdi

Dünya

31 Dekabr 2022, 14:07

Fəxri Roma Papası XVI Benedikt 96 yaşında vəfat edib.

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Vatikanın Mətbuat Xidmətinin nümayəndəsi məlumat verib.

Xatırladaq ki, almaniyalı kardinal, ilahiyyatçı Yozef Ratzinger 2005-ci ildə sələfi II İohann Pavelin ölümündən sonra XVI Benedikt adını alaraq Roma papası seçilib. 2013-cü ildə o, son 600 ildə papalıqdan imtina edən ilk pontifik olub. Həmin vaxt 85 yaşı olan Benedikt qərarını Katolik Kilsəsini idarə etmək üçün gücünün olmaması ilə izah edib.

XVI Benedikt ömrünün son illərini Vatikan ərazisində yerləşən keçmiş monastır binasında fəxri Roma Papası kimi keçirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı