Modern.az

KTMT-nin yeni baş katibi işə başladı - Türk dövlətinin təmsilçisidir

KTMT-nin yeni baş katibi işə başladı - Türk dövlətinin təmsilçisidir

1 Yanvar 2023, 12:18

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni baş katibi İmanqali Tasmaqambetov yanvarın 1-dən vəzifəsinin icrasına başlayıb.

Modern.az xəbər verir ki, Qazaxıstan təmsilçisi bu postda belaruslu həmkarı Stanislav Zası əvəz edib.


İmanqali Tasmaqambetovun KTMT-nin baş katibi təyin edilməsi ilə bağlı qərar 2022-ci il noyabrın 23-də Kollektiv Təhlükəsizlik Şurasının Yerevanda keçirilən iclasında qəbul edilib.


KTMT-nin baş katibi üç il müddətinə təyin edilir.


İmanqali Tasmaqambetov 1956-cı il dekabrın 9-da Qazaxıstanda anadan olub. Bu illər ərzində o, Qazaxıstanın dövlət katibi, baş nazir, müdafiə naziri, Prezident Administrasiyasının rəhbəri vəzifələrində çalışıb. 2017-2019-cu illərdə Qazaxıstanın Rusiyadakı səfiri idi. Fəlsəfə elmləri namizədi, siyasi elmlər doktorudur.


KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!