Modern.az

Yaponiya Baş naziri Ukraynaya dəvət olundu

Yaponiya Baş naziri Ukraynaya dəvət olundu

Dünya

6 Yanvar 2023, 10:33

Yaponiyanın Baş naziri Fumio Kişida Avropaya səfəri zamanı Ukraynaya da səfərə dəvət alıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir  ki, bunu Yaponiya Nazirlər Kabinetinin katibi Hirokazu Matsuno deyib.

 

Yanvarın 4-də Yaponiya səfirinə dəvəti Ukrayna Prezidenti Aparatının rəhbəri Andriy Yermak təqdim edib.

 

"Yaponiya Ukrayna vətəndaşlarını dəstəkləyir və bu il G7 ölkələri qrupunun rəhbəri kimi müvafiq addımlar atır", - Matsuno bildirib.

 

Yaponiyanın baş naziri Kişida Fumio daha əvvəl bildirib ki, beynəlxalq ictimaiyyət koronavirus pandemiyası və Ukraynada “dünya nizamına tamamilə təsir edən” hərbi əməliyyatlar səbəbindən hazırda tarixi dönüş nöqtəsindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi