Modern.az

MİT PKK-nın \"rəhbər şəxslərini\" zərərsizləşdirib - FOTO

MİT PKK-nın \

6 Yanvar 2023, 10:53

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) son 3 il ərzində terror təşkilatlarında "vəzifə" daşıyan 73 terrorçunu məhv edib.

 

Modern.az xəbər verir ki, "A Haber" həmin terrorçuların bəzilərinin adının yer aldığı siyahını yayımlayıb.

 

Bildirilib ki, 2019-cu ildən bəri Suriya və İraq ərazilərində keçirilən əməliyyatlarda xüsusi terror aktlarının təşkil olunmasında iştirak edən terrorçular MİT tərəfindən zərərsizləşdirilib.

 

Məhv edilən terrorçuların mütləq əksəriyyəti PKK terror təşkilatının "rəhbər şəxsləri" olub.

 

Bundan sonra da antiterror əməliyyatlarının davam etdiriləcəyi vurğulanıb.

 

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə