Modern.az

Yük maşını aşdı - İstanbula gedən yol bağlandı

Yük maşını aşdı - İstanbula gedən yol bağlandı

8 Yanvar 2023, 16:30

Türkiyənin Kocaeli vilayətində yol qəzası baş verib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə vilayətin Körfez rayonunda qeydə alınıb.

 

Belə ki, daş aparan yük maşınının sürücüsü idarəetməni itirib, nəticədə avtomobil aşıb.

 

Hadisə zamanı daşlar yola səpələnib. Bu səbəbdən İstanbul istiqamətində nəqliyyat vasitələrinin hərəkətində problem yaşanıb. Yol bağlanıb.

 

Qəza nəticəsində yük maşınının sürücüsü xəsarət alıb, o dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

 

Hazırda hadisənin səbəbləri araşdırılır və qəzanın fəsadları aradan qaldırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi