Qazaxıstanın Konstitusiya Məhkəməsi ölkənin ilk prezidentinin statusu barədə qanuna münasibət bildirib.
Modern.az "Kazinform"a istinadən xəbər verir ki, məhkəmə "Elbası" haqqında qanunun hüquqi əsası olmadığını açıqlayıb.
Bildirilib ki, "xalqın lideri" statusu haqqında qanun ötən ilin iyununda keçirilən referendumdan sonra hüquqi qüvvəsini itirib.
Həmçinin qeyd olunub ki, ölkə parlamenti bu qanunun ləğv edilməsi ilə bağlı məsələyə baxacaq.
Xatırladaq ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev vəzifədən getdikdən sonra bir sıra səlahiyyətləri və xüsusi imtiyazları qoruyub saxlayan "Elbası" titulu təsis olunmuşdu. 2022-ci ilin yanvar iğtişaşlarından sonra onun idarəçilikdə rolu demək olar ki, itirildi.