Modern.az

Qaribaşvilidən Paşinyana TƏKLİF: Bakı ilə vasitəçiliyə hazırıq - YENİLƏNİB

Qaribaşvilidən Paşinyana TƏKLİF: Bakı ilə vasitəçiliyə hazırıq - YENİLƏNİB

12 Yanvar 2023, 17:26

Ermənistanın baş naziri Nikol Paşinyan və gürcüstanlı həmkarı İrakli Qaribaşvilinin görüşündə müzakirə olunan mövzular açıqlanıb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, Qaribaşvilinin İrəvana səfəri çərçivəsində keçirilən ikitərəfli görüşdə əməkdaşlıq və regional məsələlər müzakirə olunub.

 

Qaribaşvili qeyd edib ki, Gürcüstan regionda sülh və sabitliyin təmin olunması naminə Ermənistan və Azərbaycan arasında vasitəçi kimi çıxış etməyə hazırdır.

 

***

15:44

 

Ermənistanda səfərdə olan Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Ermənistanın hökumət başçısı Nikol Paşinyan arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Bildirilib ki, Nikol Paşinyan sosial şəbəkə hesablarında bununla bağlı görüntülər paylaşıb.

 

***

15:12

 

Bu xəbər ilə bağlı
Qaribaşvili Ermənistana gedir - Paşinyanla görüşəcək
Xəbəri oxu

Gürcüstanın baş naziri İrakli Qaribaşvilini daşıyan təyyarə Ermənistanın paytaxtına eniş edib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, İrəvan aeroportunda Qaribaşvilini rəsmi şəxslər qarşılayıb.

 

Səfər çərçivəsində Gürcüstan baş nazirinin ermənistanlı həmkarı Nikol Paşinyanla görüş keçirməsi nəzərdə tutulub.

 

Həmçinin bildirilib ki, o, iqtisadi əməkdaşlıqla bağlı birgə hökumətlərarası komissiyanın toplantısına qatılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış