Modern.az

Çavuşoğlu: Üçtərəfli görüş fevralda ola bilər

Çavuşoğlu: Üçtərəfli görüş fevralda ola bilər

Dünya

12 Yanvar 2023, 17:36

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı və suriyalı həmkarları ilə görüşü barədə yeni açıqlama verib.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, nazir bu barədə Ruandaya səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

Çavuşoğlu görüşün növbəti günlərdə keçirilməsi haqda məlumatları təkzib edib.

 

"Görüş yanvarın sonu və ya fevralın əvvəlində keçirilə bilər. Lakin dəqiq tarix hələ razılaşdırılmayıb", - deyə Türkiyə XİN başçısı bildirib.

 

Nazirin sözlərinə görə, Rusiya tərəfinin tarix barədə təklifləri hələ Türkiyə tərəfindən qəbul olunmayıb.

 

Qeyd edək ki, Türkiyə, Rusiya və Suriya xarici işlər naziri Mövlud Çavuşoğlu, Sergey Lavrov, Midhad Faysal arasında Moskva və ya BƏƏ-də görüşün keçirilməsi barədə məlumatlar yayılmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi