Modern.az

Tokayev BƏƏ-yə getdi

Tokayev BƏƏ-yə getdi

15 Yanvar 2023, 15:52

Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib.

 

Modern.az "Kazinform"a istinadən xəbər verir ki, Tokayev BƏƏ-li həmkarı ilə görüşəcək.

 

Səfər çərçivəsində Kasım-Jomart Tokayev BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə danışıqlar aparacaq. İki ölkə liderləri Qazaxıstan-BƏƏ strateji tərəfdaşlığının inkişaf perspektivlərini, prioritet sahələrdə ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.
 

Qazaxıstan prezidenti davamlı inkişafla bağlı sammitdə iştirak edəcək. Həmçinin işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ŞOK ZƏRBƏLƏR - Əhali qaranlığa qərq oldu