Modern.az

Kilsədə terror aktı - Ölənlər var

Kilsədə terror aktı - Ölənlər var

15 Yanvar 2023, 16:14

Mərkəzi Afrika regionunda yerləşən Konqo Demokratik Respublikasında terror aktı törədilib.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Uqanda ilə sərhədə yaxın protestant kilsələrindən birində baş verib.

 

Kilsənin partladılması nəticəsində 5 nəfər həyatını itirib, 15 nəfər isə müxtəlif xəsarətlər alıb.

 

Hazırda hadisənin səbəbləri araşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi