Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının baş naziri Ünal Üstellə görüşüb.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, görüş Üstelin Türkiyəyə səfəri çərçivəsində baş tutub.
Türkiyə prezidenti Şimali Kipr baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini iqamətgahında qəbul edib.
Görüşdə həmçinin Türkiyənin vitse-prezidenti Fuat Oktay, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy və Türkiyənin Şimali Kiprdəki səfiri Metin Feyzioğlu da iştirak ediblər.