Modern.az

Rusiyanı bu il Ukraynadan çıxarmaq çətindir - ABŞ generalı

Rusiyanı bu il Ukraynadan çıxarmaq çətindir - ABŞ generalı

20 Yanvar 2023, 21:25

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin Baş Qərargah rəisi, general Mark Milli Rusiyanın bu il Ukraynadan hərbi yolla çıxarılmasının çox çətin olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında keçirilən mətbuat konfransında danışıb.


Ukrayna ordusunun hücuma keçərək bəzi bölgələri Rusiyadan almasının mümkün olduğunu bildirən general Rusiyanın bu müharibədə böyük itkilər verdiyini qeyd edib.

 

General Milli Ukrayna ilə Rusiya arasında müharibənin çox çətin olduğunu, çox uzun cəbhədə və geniş ərazidə aparıldığını, Ukrayna ərazisində hələ də çoxlu rus qüvvələrinin olduğunu deyib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!