Modern.az

Ukrayna Moskvaya danışıqlar üçün şərt irəli sürdü

Ukrayna Moskvaya danışıqlar üçün şərt irəli sürdü

Dünya

21 Yanvar 2023, 15:55

Sülh danışıqlarının əsas şərti Moskvanın Ukraynanın 1991-ci ildəki sərhədlərini tanımasıdır.


Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib.


Ukrayna hakimiyyəti dəfələrlə Rusiya ilə danışıqlar üçün belə şərt irəli sürüb.


Belə ki, Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, müharibənin sona çatması üçün “silahlı qüvvələr bir sıra əraziləri, o cümlədən Donbass və Krımı qaytarmalıdır”.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə öz növbəsində Zelenskinin irəli sürdüyü sülh planının “cəfəngiyyat” olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?