Modern.az

Qolları olmayan gənc ağzıyla Bağçalının portretini çəkdi - FOTO

Qolları olmayan gənc ağzıyla Bağçalının portretini çəkdi - FOTO

Dünya

22 Yanvar 2023, 11:38

Türkiyədə qolları olmayan gənc Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının portretini çəkib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, 6 yaşında elektrik dirəyinə çıxarkən cərəyan vurması nəticəsində hər iki qolunu itirən Yusuf Akgün adlı gənc siyasətçinin şəklini ağzı ilə çəkib.

 

Uşaq yaşlarından rəsmə həvəsi olan gənc karandaşı ağzı ilə tutaraq şəkil çəkməyi öyrənib.

 

16 saatlıq gərgin əməkdən sonra Bağçalının portreti hazır olub.

 

Bundan sonra MHP sədri Y.Akgünə zəng edərək ona təşəkkürünü çatdırıb.

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi