Modern.az

İsveç baş nazirindən \"Quran\"ın yandırılmasına REAKSİYA

İsveç baş nazirindən \

22 Yanvar 2023, 13:44

İsveçin baş naziri Ulf Kristersson Stokholmda "Quran"ın yandırılmasını müsəlmanlara qarşı hörmətsizlik adlandırıb.

 

Modern.az xəbər verir siyasətçi bu barədə tviter səhifəsində yazıb.

 

"Söz azadlığı demokratiyanın əsas hissəsidir. Amma qanuni olanın mütləq uyğun olması şərt deyil. Çoxları üçün müqəddəs kitabların yandırılması dərin hörmətsizlikdir. Bu gün Stokholmda baş verənlərdən incimiş bütün müsəlmanların hisslərini bölüşdüyümü bildirmək istəyirəm", - deyə o qeyd edib.

 

Xatırladaq ki, Stokholmda "Quran" kitabının yandırılması Türkiyədə böyük etirazlara səbəb olmuşdu.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi