Modern.az

Britaniya Ukraynaya tank tədarükünü nəzərdən keçirir 

Britaniya Ukraynaya tank tədarükünü nəzərdən keçirir 

Dünya

22 Yanvar 2023, 13:54

"Böyük Britaniya NATO müttəfiqləri ilə Ukraynaya "Leopard 2" tanklarının və digər müasir hərbi texnikanın tədarükü məsələsini müzakirə edir".

 

Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "Sky News" telekanalına müsahibəsində bildirib.

 

"Biz əmin olmaq istəyirik ki, ukraynalılar qalib gələcək və bu, tezliklə baş verəcək. Çünki bu, mümkün qədər çox insanın həyatını xilas etməyin ən yaxşı yoludur", - deyə o söyləyib.

 

"Ukrayna hakimiyyəti tankların tədarükünün Rusiya qoşunlarını geri oturtmağa kömək edəcəyinə inanaraq buna can atırlar", - deyə Kleverli əlavə edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi