Modern.az

Türkiyə “Kızılelma”nı havaya qaldırdı 

Türkiyə “Kızılelma”nı havaya qaldırdı 

Dünya

23 Yanvar 2023, 19:58

Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Kızılelma" pilotsuz döyüş təyyarəsi növbəti uçuşunu həyata keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə şirkətin sosial media hesabında məlumat yayılıb.

 

Bildirilib ki, pilotsuz qırıcı ikinci uçuşunu uğurla başa vurub. Sınaqlar Çorlu şəhərində təşkil olunub.

 

Qeyd edək ki, "Kızılelma" tamamilə milli və yerli resurslarla istehsal edilib. Çoxlu sayda sursat və raket daşıyan pilotsuz təyyarə F-16 döyüş təyyarələrinə dəstək məqsədilə istifadə ediləcək.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır