Modern.az

İsveç bizdən yaxşılıq gözləməsin - Ərdoğan cavab verdi

İsveç bizdən yaxşılıq gözləməsin - Ərdoğan cavab verdi

23 Yanvar 2023, 20:40

"Səfirliyimiz qarşısında belə biabırçılığa səbəb olanlar NATO-ya üzvlük müraciətləri ilə bağlı bizdən heç bir yaxşılıq gözləməməlidir".

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

 

O, İsveçi Türkiyə Cümhuriyyətinin və ya müsəlmanların dini inanclarına hörmət etməyi çağırıb: "İsveçdəki çirkin hərəkət müsəlmanlara qarşı təhqirdir. Müsəlmanların və ya digər dinlərin müqəddəslərini incitməyə heç kəsin haqqı yoxdur".

 

Qeyd edək ki, Türkiyənin İsveçdəki səfirliyinin önündə müqəddəs "Qurani-Kərim" kitabı yandırılıb. Bunun ardınca Türkiyə NATO-ya üzv olmaq istəyən İsveçə narazılığını bildirib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var