Modern.az

67 yaşlı kişi 7 nəfəri öldürdü

67 yaşlı kişi 7 nəfəri öldürdü

24 Yanvar 2023, 10:10

ABŞ-ın Kaliforniya ştatında iki silahlı hücum baş verib.

 

Modern.az xəbər verir ki, hər iki hadisə 67 yaşlı Zhao Chunli adlı şəxs tərəfindən törədilib.

 

İnsident törətməkdə şübhəli bilinən Zhao Chunli ilk olaraq bir fermanı hədəf alıb. Burada 4 nəfəri öldürüb, 5 nəfəri isə yaralayıb. Ferma yaxınlığında törətdiyi ikinci silahlı hücumda o, daha 3 nəfərin ölümünə səbəb olub.

 

Polis Zhao Chunlini dayanacaqda avtomobilinə minərkən ələ keçirib. Avtomobildən onun hücumda istifadə etdiyi silah aşkar edilərək götürülüb. 

 

Polisin qənaətinə görə, hadisəni törədən şəxs insident qeydə alınan fermanın işçisidir.

Sizə yeni x var
Keçid et
Qarabağın azadlığından da böyük ZƏFƏR var