Modern.az

Ukrayna Nazirlər Kabineti istefaları təsdiqlədi - YENİLƏNİB

Ukrayna Nazirlər Kabineti istefaları təsdiqlədi - YENİLƏNİB

Dünya

24 Yanvar 2023, 15:12

Ukrayna Nazirlər Kabineti 5 vilayətin hərbi administrasiya rəhbərinin vəzifəsindən azad edilməsini təsdiqləyib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, Valentin Rezniçenko (Dnepropetrovsk), Oleksandr Starux (Zaporojye), Aleksey Kuleba (Kiyev), Dmitri Jivitski (Sumı) və Yaroslav Yanuşeviç (Xerson) hərbi administrasiya rəhbərliyindən kənarlaşdırılıblar.

 

Həmçinin istefa verən nazir müavinləri barədə qərarlar da müvafiq nazirliklər tərəfindən təsdiq olunub.

 

İqtisadiyyat nazirinin müavini vəzifəsini Nazirlər Kabineti tərəfindən təyinat olub. Belə ki, bu postu Aleksey Sobolev tutacaq.

 

***

10:22

 

Ukraynanın 4 vilayətində hərbi administrasiya rəhbərləri istefa verib.

 

Modern.az "Novaya Gazeta Europe"a istinadən xəbər verir ki, Sumı vilayətinin hərbi administrasiya rəhbəri Dmitri Jivitski, Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko, Zaporojye və Xerson vilayətlərinin hərbi rəhbərləri Aleksandr Starux və Yaroslav Yanuşeviç eyni vaxtda istefa veriblər.

 

İstefaların dəqiq səbəbləri açıqlanmayıb.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışında və hakim "Xalqın Xidmətçisi" partiyasından verilən açıqlamalarda kadrlarla bağlı həlledici və konkret qərarların anonsu verilmişdi. Bundan sonra xeyli vəzifəli şəxs istefa verib.

 

Bu xəbər ilə bağlı
Zelenskinin partiyasından antikorrupsiya ANONSU - Müharibə qanunları ilə...
Xəbəri oxu

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!