Modern.az

Ukraynada daha bir İSTEFA - müdafiə nazirinin müavini də getdi

Ukraynada daha bir İSTEFA - müdafiə nazirinin müavini də getdi

Dünya

24 Yanvar 2023, 11:58

Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov istefa verib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, könüllü şəkildə ərizə yazaraq vəzifəsini tərk edib.

 

O, Müdafiə Nazirliyi üçün məhsulların alınması ilə bağlı qalmaqaldan sonra istefaya gedib.

 

Nazirliyin saytında bildirilib ki, Vyaçeslav Şapovalov Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizatına cavabdeh olub.

 

Qeyd olunub ki, o, Ukrayna Silahlı Qüvvələrinin gələcək stabil təminatına təhlükə yaratmamaq üçün istefa verib.

 

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin çıxışında və hakim "Xalqın Xidmətçisi" partiyasından verilən açıqlamalarda kadrlarla bağlı həlledici və konkret qərarların anonsu verilmişdi. Bundan sonra xeyli vəzifəli şəxs istefa verib.

Bu xəbər ilə bağlı
Zelenskinin partiyasından antikorrupsiya ANONSU - Müharibə qanunları ilə...
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi