Modern.az

Ermənistan spikeri Qətərə getdi

Ermənistan spikeri Qətərə getdi

24 Yanvar 2023, 16:30

Ermənistan parlamentinin sədri Alen Semonyan Qətərə üç günlük səfərə gedib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Alen Semonyan həmkarı Həsən bin Abdulla əl-Qanimi ilə görüşüb.

 

O, həmkarına Ermənistanda müharibədən sonrakı vəziyyətlə bağlı məlumat verib. Görüşdə, həmçinin Ermənistan-Qətər əməkdaşlığı da müzakirə olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI