Modern.az

Mirzoyan Brüsseldə daha bir görüş keçirdi

Mirzoyan Brüsseldə daha bir görüş keçirdi

Dünya

24 Yanvar 2023, 17:20

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev ilə görüşüb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş Mirzoyanın Belçikanın paytaxtı Brüsselə səfəri çərçivəsində keçirilib.

 

Bildirilib ki, tərəflər Laçın dəhlizindəki vəziyyətə toxunublar.

 

Həmçinin görüş zamanı Ermənistan-Avropa İttifaqı tərəfdaşlığı ilə bağlı məsələlər müzakirə olunub.

 

"Ararat Mirzoyan Aİ-nin Ermənistanda monitorinq missiyasının yerləşdirilməsi ilə bağlı bir gün əvvəl qəbul etdiyi qərarını yüksək qiymətləndirdiyini bir daha ifadə edib", - deyə məlumatda qeyd edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür