Modern.az

Daha bir ölkə Ukraynaya tank göndərəcək

Daha bir ölkə Ukraynaya tank göndərəcək

24 Yanvar 2023, 22:40

Norveç yaxın vaxtlarda Almaniya istehsalı olan "Leopard" tanklarını Ukraynaya verə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə "Dagens Nringsliv" nəşri məlumat yayıb.

 

Bildirilir ki, Norveç Ukraynaya 8-ə qədər tank göndərməyi planlaşdırır. Bundan əlavə, Norveç hökuməti yeni tankların alınması ilə bağlı razılıq verə bilər.

 

Yanvarın 23-də Norveçdə Xarici İşlər və Müdafiə üzrə genişləndirilmiş komitənin iclası keçirilib. İclas Ukraynaya hərbi yardıma həsr olunub. Görüş Almaniya Xarici İşlər Nazirliyinin "Leopard 2"nin təkrar ixracına qadağa qoymayacağını elan etdiyi gündən bir gün sonra təşkil edilib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir