Modern.az

Keçmiş vitse-prezidentin evində gizli sənədlər tapıldı 

Keçmiş vitse-prezidentin evində gizli sənədlər tapıldı 

25 Yanvar 2023, 00:51

ABŞ-ın sabiq vitse-prezidenti Mayk Pensin evindən gizli sənədlər tapılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Sənədlər keçmiş vitse-prezidentin İndianada yerləşən evində aşkar edilib. Müvafiq sənədlərin artıq Federal Təhqiqatlar Bürosuna verildiyi deyilir.

 

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın indiki lideri Co Bayden və sabiq dövlət başçısı Donald Trampın evində də gizli sənədlər üzə çıxıb.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi