Modern.az

ABŞ-İsrail təlimləri: 140 təyyarə, 12 gəmi cəlb olundu

ABŞ-İsrail təlimləri: 140 təyyarə, 12 gəmi cəlb olundu

25 Yanvar 2023, 08:30

ABŞ və İsrail “Juniper Oak - 2023” hərbi təlimləri keçirir. Təlimə 140 təyyarə və 12 gəmi, həmçinin HIMARS MLRS artilleriya raket sistemləri cəlb olunub.

 

Modern.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Patrik Rayder deyib.

 

“Bu, bizim birlikdə iştirak etdiyimiz ən böyük və ən əhəmiyyətli təlimdir. “Juniper Oak - 2023” ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyinin sarsılmaz və davamlı olduğunu nümayiş etdirmək üçün nəzərdə tutulub” – deyə ABŞ rəsmisi bildirib. 

 

Qeyd edək ki, iki ölkənin hərbçiləri aviasiya və dəniz qüvvələri də daxil olmaqla, müxtəlif qoşun növlərinin cəlb olunduğu “Juniper Oak - 2023” irimiqyaslı birgə təlimlərə başlayıblar. Təlimlərdə düşmən hədəflərinə zərbələrin endirilməsi, mürəkkəb əməliyyatların icrası, həmçinin vahid komandanlıq altında birgə hərəkət olunması məşq edilir.

 

Təlimlərə müxtəlif növ döyüş, kəşfiyyat və hərbi nəqliyyat təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatları cəlb olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı