Modern.az

ABŞ yeni səfirini Moskvaya göndərir

ABŞ yeni səfirini Moskvaya göndərir

Dünya

25 Yanvar 2023, 09:10

ABŞ-ın Rusiyaya yeni təyin olunmuş səfiri Lin Treysi yanvarın sonuna kimi Moskvaya gedəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

 

"Səfir Treysi Vaşinqtonda Rusiya səfiri Anatoli Antonov ilə görüşüb. Bu, onun həmkarı ilə müzakirələr aparmaq üçün fürsət idi. Biz səfir Treysinin yaxın günlərdə etimadnaməsini təqdim etmək üçün Rusiyaya səfər edəcəyini gözləyirik”, - deyə Prays vurğulayıb.

 

Lin Treysi ayın sonunda iş başında olacaq. Diplomat hazırda Vaşinqtonda məsləhətləşmələr aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!