Modern.az

“Lukoil” Ukraynaya gizli şəkildə yanacaq verirmiş?

“Lukoil” Ukraynaya gizli şəkildə yanacaq verirmiş?

25 Yanvar 2023, 15:22

Rusiyanın "Lukoil" şirkəti Ukraynaya yanacaq tədarük etməsi barədə yayılan xəbərləri təkzib edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

 

Bildirilib ki, şirkət Ukraynaya Bolqarıstandakı zavod vasitəsilə və ya başqa kanallarla yanacaq tədarükü həyata keçirməyib. Bu məlumatı yayan Almaniyanın "Die Welt" nəşri ilə bağlı məhkəməyə müraciət olunması istisna edilməyib.

 

Qeyd edək ki, bundan əvvəl "Die Welt" nəşri Bolqarıstanın sabiq maliyyə naziri Asena Vasilevaya istinadən "Lukoil"in Bolqarıstanın Burqas şəhərində yerləşən neft-kimya zavodu vasitəsilə Ukrayna Silahlı Qüvvələrini müharibə başlayandan bəri vasitəçi şirkətlərin köməyi ilə gizli şəkildə dizel yanacağı və neft məhsulları ilə təmin etdiyini yazmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir